Yaxın Şərqdə gərginləşən vəziyyət fonunda İsrail səmasında müşahidə edilən təyyarələr əhalini qorxuya salıb.
İsrailin müstəqillik gününə hazırlıq işləri aparan Hərbi Hava Qüvvələri Təl-Əviv rəhbərliyindən şəhər səmasında təlim uçuşları üçün icazə istəyib.
İcazə əsasında havaya qalxan qırıcıların təlim çərçivəsində etdikləri manevrlərdən şəhər əhalisi qorxuya düşüb. Qırıcıların İrana məxsus olmasından qorxan əhalidən polis mərkəzinə yüzlərlə zəng daxil olub.
Məsələ ilə bağlı açıqlama yayan İsrail polisi, əhaliyə narahatlıq üçün heç bir əsas olmadığını və hər hansı bir fövqəladə vəziyyətdən söhbət getmədiyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?