Rusiya da Türkiyə kimi ABŞ-dan öz qızıl ehtiyatlarını çıxarmalıdır.
gundemxeber.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.
“Türkiyənin öz qızıl ehtiyatlarını ABŞ-dan çıxarmasını yalnız alqışlamaq olar. Biz də bunu etməliyik. Hazırda Rusiya ABŞ-ın dövlət borcu istiqrazlarının 90 milyard dollarlıq hissəsinə sahibdir. Ümumilikdə Rusiyanın ABŞ-a yatırımı 400 milyard dollardır”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə ABŞ FES-dəki 220 ton qızılını ölkəyə gətirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?