1. Fövqəladə vəziyyət elan edib, ordunu hərbi texnika ilə bərabər küçələrə çıxararaq vəziyyəti nəzarətə götürmək;
2. İstefa verib, erkən seçki qərarı almaq.
Birinci variantı tətbiq etməyə Sarkisyanın resursu varmı, şübhəlidir. Bu, yalnız Rusiyanın ciddi dəstəyi sayəsində mümkün ola bilər. Amma Rusiya o halda bu addıma gedə bilərdi ki, əlində Serjiki əvəz edə biləcək alternativ variant olmasın. Rusiyanın isə alternativi var: hazırda baş nazirin 1-ci müavini olan "Qazprom"un kadrı Karen Karapetyan.
Parlament sədrinin təcridxanaya gedib Paşinyan və saxlanılan digər deputatlarla görüşməsi, bu gün aprel döyüşçülərinin və din xadimlərinin etirazçıların sırasına qoşulması, tələbə hərəkatının başlaması Sarkisyanın dayaqlarının sarsıldığını göstərir.
İkinci variant məncə, hazırkı situasiyada daha ağlabatan görünür. Serj həm baş nazirlikdən, həm də Respublika Partiyası liderliyindən istefaya gedir, yerinə Karen Karapetyan keçir, seçkidə yenə RP qalib gəlir və beləliklə, hakimiyyət dinc, demokratik yolla Rusiyanın xas adamı Karapetyana ötürülür. Xalq da razı qalır, Rusiya da. Qərbin də hadisələrin bu cür inkişafına etirazı ola bilməz.
Amma Serj Sarkisyan mövcud pat vəziyyətindən çıxmaq üçün üçüncü yol da tapa bilər, hər halda, ötən müddətdə zəngin siyasi təcrübə toplayıb.
İstənilən halda, dünyada Ermənistanın demokratik ölkə imicinin yaranması bizim xeyrimizə deyil.
P. S. Karapetyan artıq hərəkətə keçib və Paşinyanla dialoqa gedib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?