Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu bir qrup piyadanın üzərinə sürməsi nəticəsində 10-a yaxın insan xəsarət alıb.
Bu barədə şəhər polisinə istinadən CTV telekanalı məlumat yayıb.
Hadisə meqapolisin mərkəzi hissəsində hərəkətin sıx olduğu kəsişmələrdən birində baş verib. İlkin məlumata görə, 8-10 nəfər xəsarət alıb. Ərazidə çoxlu sayda "təcili yardım", yanğınsöndürən və polis maşınları var.
Hadisənin baş verdiyi yerə yaxın yerləşən Toronto metrosunda qatarların hərəkəti dayandırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?