ABŞ-a valideynləri tərəfindən gətirilmiş qeyri-qanuni mühacir uşaqları deportasiya edilməkdən müdafiə edən proqramın tərəfdarı olan Amerika qanunvericiləri onun məhkəmə tərəfindən qüvvədə saxlanması qərarını alqışlayıb.
“Hakimlərin dediyi ilə yanaşı, Amerika xalqının dediyi budur. İnsanlar “xəyalpərəstlər”in bu ölkədə qala bilməsini istəyir. Onların 90 faizindən çoxu ya işləyir, ya da oxuyur”, Minnesota ştatından demokrat senator Emi Kobuçar Amerikanın Səsinə bildirib.
Keçən il Tramp Amerikaya qeyri-qanuni gətirilmiş 700 min mühacir gəncə iş və təhsil almaq icazəsi verən DACA (Mühacir uşaqlar üçün fəaliyyətin təcirə salınması proqram) proqramının müddətinin bitməsi üçün martın 5-nə kimi vaxt qoymuşdu.
Federal hakim çərşənbə axşamı günü Tramp administrasiyasının DACA proqramını qüvvədə saxlaması və yeni ərizələri qəbul etməsi haqda qərar çıxarıb. Daha iki federal hakim də bundan öncə proqramın saxlanması haqda qərar çıxarmışdı.
Senatın Ədliyyə Komitəsinin sədri, Ayova ştatından respublikaçı senator Çak Qrassli aşağı instansiya məhməməsində hakimlərin ümummilli miqyasda qərarlar qəbul etməsinin əleyhinə çıxış edib.
“93 dairədən birinin hakiminin bütün ölkə boyu tətbiq ediləcək nə isə bağlı qərar çıxarması həddindən ziyadə şeydir. Bu, bir qədər qeyri-təbii görünür”, Qrassli bildirib və Ali Məhkəmənin qərarla bağlı qiymətləndirməsini gözləyəcəyini əlavə edib.
Ağ Evin sözçüsü Sara Hakabi Sanders administrasiyanın hakimin qərarını yanlış hesab etdiyini bildirib.
O deyib ki, qərar daha çox qeyri-qanuni mühacirin ölkəyə gəlməsinə və yeni ədliyyə prosesinin onlara münasibətdə tətbiq edilməsini gözləməsinə gətirib çıxara bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?