Fransa prezidenti Emmanuel Makron ABŞ Konqresində çıxışı zamanı prezident Donald Trampın bəzi siyasi qərarlarını sərt şəkildə tənqid edib.
Makron getdikcə artan milliyətciliyin qlobal rifahı təhdid etdiyini bildirib. Bundan başqa fransız prezident ABŞ-ı təcridci siyasət yürütməməyə çağırıb.
Makron çıxışında iqlim dəyişikliyi və hava çirklənməsi ilə mübarizənin də önəminə toxunan Makron müxtəlif sənayeləri qorumanın bu mübarizəyə qoşulmaq üçün bəhanə olmadığını qeyd edib. ABŞ-ın Paris İqlim Müqaviləsinə qayıdacağından əmin olduğunu bildirən Makron “Başqa bir dünya yoxdur” deyib.
Fransa prezidentinin çıxışı Senat üzvləri tərəfindən alqışlarla qarşılanıb.
Sorğu
Yeni dizaynımız necədir?