Filippin də daxil olmaqla, dünya ölkələrində zəhmətkeşlər və fəallar mitinqlər və yürüşlər keçirərək 1 May Gününü qeyd edir. Bu günü filippinlilər prezident sarayının qarşısında etiraz edərək qeyd edib.
Paytaxt Maniladakı Malakananaq sarayı qarşısına toplaşan minlərlə filippinli prezident Rodriqo Dutertenin verdiyi vədlərə əməl etməməsinə etiraz edib. Prezident seçkiqabağı kampaniyası zamanı qısamüddətli işə qəbuletmələrə son qoyacağını vəd vermişdi.
Etirazçılar həmçinin hökumətin aşağı əmək haqqı, işsizlik və həmkarlar ittifaqlarına təzyiqlərlə bağlı məsələlərin həll edilməsini tələb edib.
Beynəlxalq zəhmətkeşlər günü olan 1 May bayramı İndoneziya paytaxtı Cakartada, Kamboca və Hong Kongda da qeyd edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?