İranın cənub-qərbində, Kohgiluyə və Buyər-Əhməd vilayətində baş vermiş güclü zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.
5 ballıq zəlzələ gecə saatlarında qeydə alınıb. Ocağı 5 km dərinlikdə olan yeraltı təkanlar səbəbindən Yasuc şəhərinin elektrik enerjisi ilə təminatı pozulub.
Yerli təcili tibbi yardım mərkəzindən 71 nəfərə hadisə yerində yardım edildiyi, 11 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xatırladaq ki, ötən həftə Yasuc şəhərindən şimal-qərbdə 5,3 maqnitudalı zəlzələ baş vermiş, 133 nəfər yaralanmışdı./trend
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?