ABŞ-ın vitse-prezidenti Trampın seçki kampaniyasının Rusiya ilə əlaqəsinə dair təhqiqatın dayandırılmalı olduğunu bildirib.
Mayk Pens NBC xəbər agentliyinə müsahibəsi zamanı bunun ölkənin maraqlarına xidmət etdiyini deyib.
Xüsusi təhqiqatçı Robert Müllerin bir ildir davam edən araşdırmaları nə zaman başa vuracağı bəlli deyil. Hazırda onun komandası prezident Trampın vəkilləri ilə müzakirələr keçirir.
Müzakirələr Trampın müsahibə və ya onun and içərək ifadə verməsi ilə bağlıdır.
Razılıq əldə edilməsə, Müller Trampın Ali Məhkəməyə çağırılması üçün müraciət edə bilər. Prezidenti ifadəyə məcbur etməyə məhkəmə qərar verməlidir.
“Təhqiqat bir ildir davam edir. Administrasiyamız milyondan artır sənəd təqdim edib. Biz tam şəkildə əməkdaşlıq edirik" - deyə, Pens bildirib.
O əlavə edib ki, mən böyük ehtiramla xüsusi təhqiqatçını işi başa çatdırmağa təşviq edirəm.
Trampın vəkili Maykl Kohenin 2016-ci il seçkiləri üçün 2 milyondan çox vəsait toplaması ilə prezidentə yaxın olduğu və onun siyasətinə təsir etmək gücünü nümayiş etdirməsinə dair sualı vitse-prezident "bu, özəl bir məsələdir və mənim bununla bağlı heç bir məlumatım yoxdur" - deyə, cavablandırıb.
Sorğu
Yeni dizaynımız necədir?