ABŞ federal məhkəməsi İrana Amerikanın ticarət sanksiyalarından yayınmağa yardımçı olan türkiyəli beynəlxalq bankirə 32 ay azadlıqdan məhrumetmə cəzası verib.
Mehmet Hakan Atillaya qarşı fırıldaqçılıq və konspriyasiya ilə əlaqəli beş ittiham irəli sürülüb.
O, irəli sürülmüş pul yuyulması ittihamına bəraət alıb.
Atilla keçən il Nyu Yorka biznes səfəri zamanı saxlanılandan sonra artıq 14 aydır ki, həbsdədir.
Bu müddət onun azadlıqdan məhrum edilmə cəzasının ümumi müddətindən çıxılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?