İranlı alpinistlər Savalan dağında Azərbaycan və Ərdəbil əyalətinin ərazi bütövlüyünə qarşı banner nümayiş etdiriblər.
Onlar dağın zirvəsinə çıxaraq, “Heyran Gilanın naxışıdır” sözləri yazılmış bannerlə foto çəkdiriblər və bunu sosial şəbəkələrdə paylaşıblar.
“Kalanşəhrbaran” komandasının üzvləri bu yolla Heyran gədiyinin Ərdəbil əyalətindən ayrılıb Gilan əyalətinə birləşdirilməsinə eyham vurublar.
Qeyd edək ki, son vaxtlar Ərdəbilin Heyran gədiyi ərazisini Gilan əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdüyü əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub./axar.az
Sorğu
Yeni dizaynımız necədir?