GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Dövlət Departamenti dünya ölkələrində din azadlığına dair illik hesabatını açıqlayıb

Dövlət Departamenti dünya ölkələrində din azadlığına dair illik hesabatını açıqlayıb

Tarix: 30-05-2018, 10:10 Bölmə :Dünya Baxış: 394

Dövlət katibi Mayk Pompeo ABŞ Dövlət Departamentində dünya ölkələrində din azadlığının durumu ilə bağlı illik hesabatı təqdim edib. Birləşmiş Ştatlar dünya boyu din azadlıqlarının təhlükə altında olduğunu bəyan edib. Hesabatda dünyanın bir çox ölkələrində din tərəfdarlarının təqib edildiyi və inanclarına görə cəzalandırıldığı bildirilir.

Dövlət Departamentinin beynəlxalq din azadlığı üzrə xüsusi səfiri Sam Braunbek din azadlıqları ilə durumun “dəhşətli” olduğunu bildirib.

Birləşmiş Ştatların prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Unla iyunun 12-də zirvə görüşünə hazırlıq işləri aparmasına baxmayaraq, Dövlət Departamentinin hesabatında Şimali Koreya dindarların inanclarına görə təqib olduğu bir ölkə kimi xüsusi göstərilir.

Çində yüz minlərlə uyğur müsəlman məcburən tədris mərkəzlərinə göndərilir, onlara qarşı geniş və aqressiv şəkildə izləmə və nəzarət tətbiq edilir.
“Biz Şimali Koreyada qulaq sisteminin mövcud olduğunu görürük. Siz peykdə bu düşərgələrin bəzisini və oradakı vəziyyəti görə bilərsiniz. Şimali Koreyadan çıxıb, oradakı vəziyyət haqda yazan adamlar var. Biz bilirik ki, vəziyyət çox mürəkkəbdir və xüsusilə də inanclı insanlar üçün və buna görə də Şimali Koreya bizim üçün xüsusi narahatlıq doğuran ölkə olaraq qalır”, Sam Barunbek bildirib.

ABŞ Dövlət Departamentinin hesabatında Çin, İran, Rusiya və başqa ölkələrdə də dindarların təqibləri qınanıb.

Çinin uyğurların yaşadığı Sincan vilayətində silahlı mülki şəxslər Hotan şəhərinin küçələrində keşik çəkir.
Hesabatda deyilir ki, “Çində yüz minlərlə uyğur müsəlman məcburən tədris mərkəzlərinə göndərilir, onlara qarşı geniş və aqressiv şəkildə izləmə və nəzarət tətbiq edilir”.

Hesabata əsasən, İranda hökumət dini azlıqlara qarşı “Allaha qarşı müharibə” ittihamlı ilə edam və həbslər də daxil olmaqla qəddar davranışı davam etdirir.

ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair hesabatının Azərbaycanla bağlı hissəsində qeyd olunur ki, yerli insan haqları fəalları hökumətin dini fəalların saxlanmasını və həbslərini davam etdirdiyini bildirir.

Hesabatda deyilir ki, saxlanan dini fəalların sayı 2016-ci ildə 86 ilə müqayisədə 2017-ci ilin sonu 80 nəfər təşkil edirdi.

Hesabatda yanvar və dekabr aylarında məhkəmələrin 2015-ci ildə Nardaranda polisin əməliyyatı nəticəsində həbs edilmiş Müsəlman Birliyi Hərəkatının liderləri və başqalarına uzunmüddətli həbs cəzaları verdiyi qeyd edilir. Bir çox fəalların onlara qarşı dini zəmində nifrət yaymaq və terrorizm də daxil olmaqla irəli sürülmüş ittihamların sifarişli olduğunu hesab etdiyi bildirilir.

Dini qrupların bildirdiyinə görə, hökumət azlıqda olan dini qrupların “qeyri-ənənəvi” olduğunu hesab edərək, onların qeydiyyatdan keçirilməsini gecikdirməyə, ya da qeydiyyatdan keçirməməyə davam edir.

Hesabatda qeyd edilir ki, yerli din ekspertləri hökumətin təmir bəhanəsi ilə məscidləri bağlamağa davam etdirdiyini, lakin bunun əsas səbəbinin həmin məscidlərin eksremist baxışların yayıldığı yer ola bilməsi ilə bağlı narahatlıqlarla əlaqədar olduğunu bildirir. Hökumət dini materialların ölkəyə daxil olması, yayılması və satışına nəzarəti davam etdirir.

Birləşmiş Ştatlar hökuməti 2017-ci ilin iyul ayına olan məlumata əsasən Azərbaycan əhalisinin 10 milyon nəfər olduğunu bildirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2011-ci il üçün üçün məlumatına əsasən, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Bunların 65 faizi şiə, 35 faizi isə sünni müsəlmanlardır. Ölkə əhalisinin dörd fazini rus və gürcü pravoslav kilsəsi və erməni apostol kilsəsinin üzvləri, molokanlar, xristianlar, yəhudilər və bəhailər təşkil edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ və Şimali Koreya rəsmiləri mümkün sammitlə bağlı danışıqlar aparır

    ABŞ və Şimali Koreya rəsmiləri mümkün sammitlə ...

    28-05-2018, 14:27

  • 
  • Pompeo: Pxenyan tam nüvəsizləşdirilməyə razı olsa, ABŞ Şimali Koreyaya təhlükəsizlik qarantiyaları verə bilər

    Pompeo: Pxenyan tam nüvəsizləşdirilməyə razı ...

    14-05-2018, 10:03

  • 
  • Din Azadlığı Komissiyası: "Azərbaycan dini azadlıqlara qarşı sərt mövqeyini dəyişməyib"

    Din Azadlığı Komissiyası: "Azərbaycan dini ...

    26-04-2018, 14:40

  • 
  • Şimali Koreya nüvə və uzaqmənzilli raket proqramını dayandırır

    Şimali Koreya nüvə və uzaqmənzilli raket ...

    21-04-2018, 15:35

  • 
  • Mayk Pompeo Yaxın Şərqdə səfərdədir

    Mayk Pompeo Yaxın Şərqdə səfərdədir ...

    28-04-2018, 19:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu