ABŞ prezidenti dünən may ayının 18-də Texas ştatındakı məktəbdəki atışma zamanı həlak olanların bəzilərinin ailə üzvləri ilə görüşüb. Atışma 10 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnib.
Son zamanlar məktəblərdə bir sıra atışmalar qeydə alınıb. Onların sonuncusu Santa Fe məktəbində baş verib.
Tramp 20-yə yaxın insanla görüşünün mesajını açıqlamayıb.
17 yaşlı oğlu Cared Blakı itirən Pamela Staniç Trampla görüşündən sonra Facebook səhifəsində bunları yazıb:
“Tramp bizimlə özəl görüş keçirib və səsmimiyyət nümayiş etdirərək, ölkə məktəblərinin təhlükəsiliyi barədə narahatlıqlarını dilə gətirib. Prezident xilas olanlarla söhbəti zamanı nə baş verdiyi və nə kimi dəyişikliklər edilməli olduğunu sual edib. Yaxşılığa doğru dəyişikliklər olacaq. Cənab Tramp, sizə təşəkkür edirik.“
14 yaşlı qızı Kimberli Vauqanın anası Ronda Hart Associated Press-ə Trampın dəfələrlə hücumla bağlı “məntiqsiz“ sözünü işlətdiyini deyib. O, Trampa bəlkə hər kəsin əqli səhiyyə sisteminə çıxışı olsaydı, indi bu vəziyyət yaşanmazdı söylədiyini bildirib.
Hücumdan sonra prezident hadisəni son zamanlar ölkədə baş verən silahlı hücumların ən dəhşətlisi adlandıraraq, ölənlərin ailə üzvlərinə onlara daimi dsətk veriləcəyini bildirib.
Tramp özünə və başqalarına təhlükə törədənlərin əllərindən silahlarının alınacağına and içib.
Texas qubernatoru Qreq Abbott hadisəni Texasın məktəb tarixində ən ağır hücum adlandırıb. O, hücumçunun məktəb şagirdi olduğunu bildirib.
Sorğu
Yeni dizaynımız necədir?