Vyana ABŞ və Rusiya prezidentlərinin görüşü üçün mümkün şəhərlərdən biri sayılır.
Bunu iyunun 9-da jurnalistlərə Kremlin sözçüsü Dimitri Peskov bəyan edib.
O, “Şanxay əməkdaşlıq təşkilatı” ölkələrinin Çinin Tsindao şəhərində keçirilən sammiti çərçivəsində deyib ki, prezidentlər Vladimir Putinlə Donald Tramp bu ilin martında telefon söhbəti zamanı görüşün perespektivlərini müzakirə edərkən bildiriblər ki, bu, Vyanada da baş tuta bilər.
Peskov bildirib ki, hazırda görüşlə bağlı konkret razılaşma və ya müzakirə yoxdur.
Amma sözçü qeyd edib ki, Vladimir Putinin bu günlərdə Avstriya kansleri Sebastuan Kurzla görüşündə bu barədə məsələ qaldırılıb.
ABŞ prezidenti Donald Tramp martda tezliklə Vladimir Putinlə bir araya gələcəklərini demişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?