Masanın üzərinə sənəd imzalamaq üçün Tramp və Kim Çen üçün qələmlər qoyulub. Tədbir başlamadan əvvəl Kim Çen İnin adamları qələmi ağ əlcəyə sürtərək yoxlayıb. İmzalama masasında ABŞ və Şimali Koreyanın bayraqları qoyulub. Kim Çen İn imzalanan sənədi tarixi sənəd adlandırıb. Onun sözlərinə əsasən, sənədin imzalanması yeni startdan xəbər verir: “Biz böyük dəyişikliklər görəcəyik”.
Tramp isə bəyan edib ki, sammitin nəticəsi ilə fəxr edir: “Düşünürəm ki, artıq Şimali Koreya ilə münasibətlərimiz tamam başqa məcraya yönəldi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?