Əfqanıstan hökumətiylə Taliban arasında atəşkəs müddəti uzadılıb. Bunu jurnalistlərə açıqlamasında Əfqanıstan Prezidenti Əşrəf Qəni deyib. O, atəşkəsin nə qədər müddətə uzadıldığını bildirməyib. Əfqanıstanın “Pajvak” agentliyi atəşkəsin qarşılığında 46 Taliban üzvünün Əfqanıstan hökuməti tərəfindən azadlığa buraxıldığını yazıb. Qeyd edək ki, hökumətlə Taliban arasında razılaşma Ramazan bayramından öncə əldə olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?