ABŞ prezidenti mühacir uşaqların ailələrindən ayrılmamasına dair sərəncam imzalayıb.
Donals Tramp deyib ki, 17 aylıq prezidentlik dövründə ən böyük siyasət dəyişikliyi edib. O deyib ki, biz ailələrin birlikdə qalmasını istəyirik.
Prezident bunun vacibliyini önə çəkərək bildirib ki, mənim imzaladığım sənəd məhz buna xidmət edəcək.
Tramp administrasiyası körpələr və uşaqları valideynlərindən ayıraraq, Texasın cənubundakı sığınacaqlara göndərir. Meksika sərhədlərinə yaxın bu bölgədə “kövrək yaş” adlandırılan 3 sığınacaq açılıb.
Rio Grande sığınacağını ziyarət edən qanunvericilər və tibb işçiləri məktəbəqədər yaşlı uşaqların göz yaşlarını böhran kimi qiymətləndirib.
Bu yaxınlarda hökumət daha bir sığınacaq açmağı planlaşdırır. 4-cü sığınacaq Hyuston şəhərində açılmalıdır. Hyuston rəsmiləri hökumətin bu addımını qınayıb
Ağ Evin “sıfır tolerantlıq” siyasətini elan etməsindən sonra 2300-dən artıq uşaq valideynlərindən alınıb.
Hökumət qəfəsdə saxlanılan uşaqların şəkilləri yayıldıqdan sonra ciddi tənqidlərlə üzləşib.
ABŞ-ın cənub-qərb sərhədində Birləşmiş Ştatların immiqrasiya rəsmiləri uşaqları valideynlərindən ayırdıqları zaman ağlayaraq yalvaran uşaqların səs yazısı da Tramp administrasiyası və onun mühacirətlə bağlı "sıfır dözümlülük" siyasətinə qarşı yeni hiddət dalğası ilə qarşılanıb.
Təxminən səkkiz dəqiqə davam edən səs yazısı bazar ertəsi ProPublica adlı müstəqil xəbər səhifəsi tərəfindən yayılıb.
Səs yazıları arasında Sərhəd Patrul xidmətinin əməkdaşına xalasına zəng vurmaq üçün yalvaran altı yaşlı uşağın da səsi də var.
Prezident Donald Tramp administrasiyasının ABŞ-ın Meksika ilə sərhədində uşaqları zorla valideynlərindən ayırmalarına dair siyasətini müdafiə edərək bildirib ki, “ABŞ mühacir düşərgəsi və qaçqın saxlama məntəqəsi olmayacaq.”
Trampın Respublikaçı partiyası Konqresin hər iki palatasında üstünlük təşkil edir və sərhəd polisləri onun administrasiyası tərəfindən təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?