Türkiyədə seçkiləri müşahidə edən missiya hazırkı prezident Ərdoğanın qələbə çaldığı, lakin seçki şəraitinin bərabər olmadığı haqda nəticə çıxarıb.
ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Ofisi Türkiyədə keçirilmiş seçkilərlə bağlı ilkin hesabatında bildirib ki, hakimiyyətdə olan prezident və iqtidar partiyası "kütləvi informasiya vasitələri də daxil olmaqla üstünlüklərdən müstəsna dərəcədə istifafə edərək, müxalifət nümayəndələrini qeyri-bərabər vəziyyətə qoyub".
“Bizim müşahidə etdiyimiz azadlıqların məhdudlaşdırılması seçkilərə öz təsirini göstərib. Mən Türkiyənin bu məhdudiyyətləri ən yaxın zamanda aradan qaldıracağına ümid edirəm”, ATƏT-in müvəqqəti müşahidə missiyasının rəhbəri İqnasio Sançes Amor bildirib.
Bizim müşahidə etdiyimiz azadlıqların məhdudlaşdırılması seçkilərə öz təsirini göstərib. Bundan sonra açıqlanmış birgə bəyanatda Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Federika Mogerini və ittifaqın genişləndirilmə üzrə komissarı Yohannes Han İnsan Haqları və Demokratik Təsisatlar Ofisiin bəyanatında qiymətləndirməni vurğulayaraq, Türkiyə prezidentini təbrik etməkdən imtina ediblər.
“Bu seçkilər Venesiya Komissiyasının qeyd etdiyi kimi, Türkiyə demokratiyası üçün nəzarət və tarazlıq baxımından bir çox ciddi nəticələrə gətirib çıxaracaq yeni prezident sisteminin qüvvəyə minməsinə səbəb olacaq”, bəyanatda bildirilir.
“Ümumiyyətlə, Türkiyə qanunun aliliyi və fundamental hüquqlar məsələsində çatışmazlıqları təcili ünvanlamasından faydalana bilər”, Mogerini əlavə edib.
Avropa İttifaqı Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdindən sonra on minlərlə insanın həbsi və fövqəladə vəziyyətin tətbiq edilməsi ilə bağlı kəskin tənqidlərini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son illərin ən mübahisəli prezident və parlament seçkilərində səslərin 52 faizini qazanaraq öz hakimiyyətini qorumağa nail ola bildi.
Prezident seçkilərində Ərdoğanın əsas rəqibi olan CHP partiyasının namizədi Muharrəm İncə jurnalistlər qarşısında çıxış edərək ölkənin gələcəyi ilə bağlı narahatlıqlarını dilə gətirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?