Cümə axşamı silahlı şəxsin özünün ABŞ qəzetində işləyən 5 nəfər iş yoldaşını qətlə yetirməsindən bir gün sonra qəzetdə dəhşətli hadisə ilə bağlı məlumat dərc edilib.
Merelend ştatının Anapolis şəhərində dərc edilən “Capital Gazette" qəzetinin birinci səhifəsindəki məqalə “”Capital Gazette”-də 5 nəfər öldürüldü”başlığı altında dərc edilib. Müxbərlər hadisə barədə, hadisə yerində olan şahidlər isə keçirdikləri hisslər barədə yazıb. Qəzetin şərhlər dərc edilən səhifəsi isə boş qalıb. Orada yalnız “Bu gün biz susuruq” sözləri yazılıb. Annapolis polisi cümə axşamı Merelend redaksiyasına qumbara və odlu silahla hücum edən şəxsin kimliyinin müəyyən edildiyini bildirib. Məhkəmənin Online səhifəsindəki məlumatda Cerrod Ramos adlı şəxsin birinci dərəcəli qətl hadisəsi törətdiyi bildirilib. Rəsmilərin dediyinə görə, Cerrod Ramos “Capital Gazette”nin işçiləri ilə uzun müddətdir nifaqda olub, hücumu qəsdən törədib və hücum zamanı hədəf alacağı qurbanları axtarıb. Hadisə yerinə tez bir zamanda gələn hüquq-mühafizə orqanları əməkdaşları Ramos dörd jurnalisti və bir satış üzrə köməkçini öldürdüyünü bildirib. Ramos həbs edilib və sorğu-sual edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?