Corc Vaşinqtonun ilk imzaladığı sənəddən iki əsr sonra ötən həftə prezident Donald Tramp 10 milyonuncu ABŞ patentini imzalayıb.
ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində bildirir ki, 10 milyon nömrəli ABŞ patent hüququ sənədi Raytheon şirkətinin optik mühəndisi Cozef Marronun ixtirası üçün verilib. Onun ixtirası lazer impulsları vasitəsilə yer kürəsinin 3D şəkillərini uzaq məsafəyə göndərmək imkanı yaradır.
Əqli mülkiyyət hüquqlarının qorunması ABŞ Konstitusiyasında əks olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?