“Çiçəklənən Ermənistan” partiyasının təsisçisi, deputat və oliqarx Qaqik Çarukyanın təhlükəsizlik xidmətinin rəisi Eduard Babayan həbs olunub.
gundemxeber.az xəbər verir ki, bu barədə Ermənistan istintaq komitəsi sədrinin məsləhətçisi Sona Truzyan məlumat verib. Babayan insan səhhətinə qəsdən fiziki xəsarət yetirməkdə ittiham olunur. Bildirilir ki, “Olimpavan” idman klubunda Çarukyan və boksçuların iştirakı ilə insident baş verib. Qısa müddətdə insident böyüyərək əlbəyaxa kütləvi davaya çevrilib.
Ciddi xəsarət alan bir nəfərin xəstəxanaya yerləşdirildiyi deyilir. Istintaq komitəsi hadisənin təfərrüatlarının hələ ki açıqlamır.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının təsisçisi, deputat Qaqik Çarukyan Ermənistanın ən varlı adamı və sabiq prezident Robert Koçaryanın biznes tərəfdaşıdır. 2015-ci ildə partiya sədrliyindən gedərək siyasi məsələlər barəsində ona müraciət edilməməsini tələb edib. Lakin Ermənistanda Nikol Paşinyanın “təşəbbüsü” ilə başlayan aprel inqilabından sonra Rusiyadan Çarukyana baş nazir olmaq təklifinin gəldiyinə dair xəbərlər yayılıb. Çarukyan isə bu posta yiyələnmək barədə düşünmədiyini açıqlayıb.
Sorğu
Yeni dizaynımız necədir?