İranın şimal-şərqində sərnişin avtobusu qəzaya uğrayıb.
Məşəd-Qum istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.
Səbzəvar təcili tibbi yardım mərkəzinin nümayəndəsi Sayid Fakur məsələ ilə bağlı açıqlama verib: “Avtobus Səbzəvar istiqamətindən keçəndə qəzaya uğrayıb. Altı nəfər ölüb, 23 nəfər xəsarət alıb”.
Qeyd edək ki, bir müddət əvvəl İraqdan zəvvarları aparan avtobus da qəzaya uğramışdı. Nəticədə 7 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?