ABŞ prezidenti Donald Trampın ötən ilin avqustunda Venesuelanın işğalı barədə təklif irəli sürdüyü iddia edilir.
Tramp məsləhətçilərindən Venesuelanın işğalının mümkün olub-ola bilməyəcəyi barədə soruşub. Lakin prezidentə belə bir radikal addımın ciddi problemlərə səbəb ola biləcəyi deyilib və Ağ Ev üzvləri onu bu fikirdən əl çəkməyə razı sala biliblər.
Qeyd edək ki, ötən ilin yay aylarında Venesuelanı ölkə rəhbəri Nikolas Maduroya qarşı etiraz dalğası bürümüşdü. İqtisadi böhrana, yoxsulluq və qıtlığa etiraz edən nümayişçilər arasında çox sayda ölən və yaralananlar olmuşdu. ABŞ Venesueladakı bu vəziyyətə etiraz edir, Maduronun istefasını tələb edirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?