Gecə saatlarında Gürcüstan prezidentinin kürəkəni Mindio Qoqoçuri silahlı hücum nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.
“Respublika xəstəxanasına çatdırılan Qoqoçuri əməliyyat olunub”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Gürcüstan Daxili İşlər Nazirliyində məsələnin araşdırılmasına başlanıb. Hadisənin təfərrüatı məlum deyil.
Qoqoçuri birinci xanımın qızı ilə qeydiyyatsız nikahda yaşayır. O, 2017-ci ilin yanvarında da diqqət mərkəzinə düşmüşdü. Həmin vaxt o və dostu şəhərin mərkəzində güllələnmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?