Ermənistan baş naziri Nikol Paşinyan inanmır ki, müharibələrin yenidən başlanması ilə bağlı real təhlükə yarandıqda Rusiya müdaxilə etməyəcək.
gundemxeber.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bununla bağlı keçirdiyi mətbuat konfransında danışıb.
Paşinyanın sözlərinə görə, regionda müharibə təhlükəsi hələ də var və buna hər zaman hazır olmaq lazımdır. Ancaq Paşinyan Rusiya faktorunu unutmamağa çağırıb.
“Düşünürəm ki, Rusiya Federasiyası regionda müharibəyə imkan verməyəcək. Rusiya Ermənistanın dostu və strateji tərəfdaşıdır”, - o bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?