ABŞ prezidenti Donald Tramp ABŞ-ın ünvanına təhdidlər səsləndirən iranlı həmkarı Həsən Ruhaniyə xəbərdarlıq edib və Vaşinqtona qarşı aqressiv siyasətin “nəticələri” ilə bağlı Tehranı təhdid edib.
Amerikalı lider bununla bağlı fikirlərini şəxsi Twitter hesabında yazıb.
“İran prezidenti Ruhaniyə: heç vaxt, heç vaxt ABŞ-ı təhdid etməyin, yoxsa siz tarix boyu görünməyən nəticələrlə qarşılaşacaqsınız. Biz daha sizin ağılsız təhdidlərinizə dözməyəcəyik. Ehtiyatlı olun!”, – Tramp yazıb.
Bundan əvvəl, Ruhani deyib ki, əgər ABŞ İranla münaqişəyə girişsə, o, “bütün müharibələrin anası” olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?