ABŞ ilə Çin arasında baş verməkdə olan ticarət müharibəsində ABŞ geri addım atıb. ABŞ Senatı Çində istehsal edilən yüzlərlə məhsula tətbiq edilən gömrük vergisini azaldan və yaxud da sıfıra endirən qanun layihəsini səssizcə qəbul edib. ABŞ prezidenti Donald Tramp ABŞ-ın texnoloji sahədəki gəlirini təhdid elədiyini düşündüyü üçün Çində istehsal edilən məhsullara əlavə gömrük vergisi tətbiq eləmişdi.
Senat heç bir müzakirə-filan olmadan yekdilliklə tosterlərdən tutmuş kimyəvi maddələrə qədər 1660 adda idxal məhsuluna qoyulmuş gömrük vergisini azaldan, yaxud da ləğv edən qərarı təsdiqləyib. Hökumət tərəfindən aparılan qeydiyyata görə, bu məhsulların təqribən yarısı Çində istehsal edilir. ABŞ prezidenti Donald Tramp ABŞöın yüksək texnologiyalar sahəsindəki üstünlüyünü təhdid edən sahələrdəki sürətli böyüməni dayandırmaq məqsədilə Çindən idxal edilən məhsullara bir sıra gömrük vergiləri tətbiq eləmişdi. Çin də bənzər addımlarla buna cavab vermişdi. Senatdan keçən bu qanunun indi Nümayəndələr Palatasından keçən bənzər qanunla uzlaşdırılması gözlənilir. Bundan sonra qanunun qüvvəyə minməsi üçün prezident D.Trampın onu təsdiqləməsi lazımdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?