Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovla bağlı cinayət işinin başladılması ölkə daxili məsələ deyil.
Bu iddianı Ermənistanın “Voskanapat” saytı irəli sürüb. Məqalədə KTMT baş katibinin həbsinin təşkilatın reytinqinə birbaşa zərbə olduğu bildirilib:
“Ermənistan Xüsusi İstintaq Xidməti Xaçaturova qarşı yalançı ittihamlar irəli sürərək, kimin maraqlarını qoruyur? Ermənistanın, yoxsa Corc Sorosun? Belə bir fikrin irəli sürülməsinə səbəb Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyanın qardaşı David Xaçaturyanın Soros Fondunun Ermənistandakı nümayəndəliyinin rəhbəri olmasıdır”./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?