ABŞ-ın yüksək səviyyəli rəsmisi cümə günü İranın Şimali Koreya kimi ABŞ-la yeni razılıq əldə edərək tam, təsdiq oluna biləcək nüvəsizləşməyə razılaşacağına işarə edib.
“Xarici siyasətdə heç nə vakuumda olunmur” - deyə, dövlət katibinin silahlara nəzarət, təsdiq və tabe olma üzrə müavini Dr. Ylim D.S. Poblete Vaşinqtonda bildirib.
Şimali Koreyanın yüksək səviyyəli rəsmiləri ilə görüş zamanı ABŞ rəsmilərinin əsas məqsədi Pxenyanın bütün nüvə obyektlərini ləğv etmək olub.
Dövlət katibi Mayk Pompeo cümə axşamı ABŞ Senatının qanunvericilərinə “məqsədin Kim Conq Unla əldə olunan razılığa əsasən Şimali Koreyanın tam, təsdiq oluna biləcək nüvəsizləşməsinin olduğunu”deyib.
Tramp adminsitrasiyası son aylarda İranla çox sayda qarşıdurma yaşayıb. Ötən bazar günü president Donald Tramp tvitter mesajında İran prezidenti Həsən Ruhaniyə xəbərdarlıq göndərib.
“Bir də heç vaxt birləşmiş ştatlari hədələmə. Yoxsa, tarixdə çox azının üzləşdiyi ən ağır fəsadlarla üzləşəcəksən”, Tramp Twitter hesabında yazıb.
Milli təhlükəsizlik müşaviri Con Bolton da bu həftə xəbərdalıq edib ki, “əgər İran mənfi nə isə etsə, onlar digər ölkələr kimi bunun bədəlini ödəyəcək”.
Sərt ritorika, sanksiyalar
Bəzi təhlilçilər və sabiq rəsmilər deyir ki, Tramp Tehranı yenidən nüvə imkanları ilə bağlı danışıqlara cəlb etmək üçün sərt ritorikadan istifadə edir. Bu, onun Şimali Koreya lideri ilə danışıqlardan öncəki taktikalarına bənzəyir.
ABŞ və digər dünya qüdrətləri 2015-ci ildə İranın nüvə imkanlarını məhdudlaşdırmaq üçün razılıq əldə etmişdi, lakin Tramp may ayında ABŞ-ın “çox pis”adlandırdığı razılıqdan geri çəkildiyini elan etdi.
Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, Tehran razılığın şərtlərinə əməl etməyə davam edir.
ABŞ rəsmiləri İranla yeni razılıq üzərində işləməyə hazır olduqlarını desə də, yeni razılığa İranın raket proqramı ilə terror qrupları və başqa düşmən fəaliyyətlərə dəstəyinin olmasını təkid edir. Bu arada isə ABŞ Tehrana yenidən iqtisadi sanksiyalar tətbiq etməyi düşünür.
“Hələ ki, Tehran razılığa əməl etməyi düşünür, amma bir şərtlə ki, biz də bu razılıqdan faydalanacağıq” – deyə, İran prezidentiRuhani bu ayın əvvəli Vyanaya səfəri zamanı bildirib.
Lakin İranın atom enerjisi agentliyinin başçısı deyib ki, İran, hər gün uranın istehsalını artıra bilmək üçün lazım olan 60 nüvə sentrifuqası istehsal edə biləcək zavod inşa etməyib ("Amerikanın səsi").
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?