İstintaq idarəsindən bildirilib ki, konstitusiya rejimini devirmək işi ilə bağlı sabiq prezident Serj Sarkisyan və keçmiş baş nazir Ovik Abramyan dindirilməyə çağırılacaq.
Cinayət işi ilə bağlı 1 mart 2008-ci il mitinqlərini dağıtmaqda ittiham edilən eks-prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Mikael Artyunyan və KTMT-nin baş katibi Yuriy Xaçaturov barədə cinayət işi qaldırılıb. Hazırda Xaçaturov girobla azadlığa çıxıb.
İstintaq idarəsindən məsələ ilə bağlı deyilib:
“Dindirilməyə kimin çağırılacağına müstəntiq qərar verir. Əgər hansısa vəzifəli şəxs lazımi məlumat verə bilərsə, dindiriləcək”.
2008-ci ildə erməni müxalifəti Levon Ter-Petrosyanın prezident seçkilərində məğlub olmasından sonra mitinqə başlamışdılar. Nəticədə 1-2 mart tarixlərində kütləvi iğtişaşlar törədilmişdi. 10 nəfər ölmüş, 200 nəfər xəsarət almışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?