ABŞ prezidenti Donald Trampın Hollivudun Şöhrət xiyabanındakı ulduzu yığışdırıla bilər. Bununla bağlı Qərbi Hollivudun şəhər şurası səsvermə keçirmək qərarına gəlib.
gundemxeber.az xəbər verir ki, təklifi şəhər meri Con d-Amiko və şəhər şurasının üzvü Lindsi Xorvat irəli sürüb.
Onlar Trampı qadınlara qarşı iyrənc münasibətdə, ABŞ-Meksika sərhədində valideynlərlə uşaqları bir-birindən ayırmaqda, eləcə də, 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə Rusiya müdaxiləsi ilə bağlı aparılan araşdırmaların nəticələrini inkar etməkdə ittiham ediblər.
Ötən il Hollivudun Şöhrət xiyabanında naməlum şəxs markerlə Trampın ulduzunun üzərinə təhqiredici ifadələr yazmışdı. 2016-cı ilin oktyabrında isə Trampın ulduzu sındırılıb. Bu hadisədə təqsirkar olan şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?