İranda keçirilən ara-sıra nümayişlər ciddi polis mövcudluğu ilə müşayiət edilir.
İran parlamenti ölkənin əmək və sosial təminat nazirini etimad səsverməsi ilə vəzifəsindən kənarlaşdırıb.
129 millət vəkili Əli Rabiniğ əlehinə səs verib və onu işsizliyin artmasında, maaşların gecikdirlməsinə və ödənməməsində, nazirlik daxilindəki korrupsiyada ittiham edib.
Parlamentin 243 deputatından 111-i Rabinin postunda qalmasına səs vermişdi.
Prezident Ruhani qarşıdan gələn həftələrdə parlament qarşısında hökumətin ölkənin iqtisadi çətinlikləri ilə necə mübarizə apardığına dair hesabat verməlidir. Son aylar İranın milli valyutası rial iki dəfə dəyər itirib.
Artıq bir neçə həftədir Tehran və başqa şəhərləri koprtəbii etiraz aksiyaları bürüyüb.
İranda son vaxtlar iqtisadiyyatın böhrana doğru sürüklənməsini ABŞ-ın Tehrana münasibətdə tutduğu sərt mövqe ilə əlaqələndirirlər.
Donald Tramp ABŞ-ı İranla 2015-ci ilin nüvə sazişindən çıxarıb və İran üzərinə sanksiyaları bərpa edib. Sanksiyalar dünən qüvvəyə minib.
Növbəti sanksiyalar noyabrın 4-də neft sektoruna şamil edildikdən sonra iqtisadi və ictimai-siyasi böhranın daha da dərinləşəcəyi gözlənilir.
İranın iqtisadi çətinliklərindən ictimai narahatlıqla bağlı prezident Ruhani iyul ayında Mərkəzi Banka yeni rəhbər təyin edib. Təhlilçilər bu təyinatı sərt xətt-hərəkət tərəfdarlarına güzəşt kimi qiymətləndirir.
Avqustun 5-də İran hüquq-mühafizə orqanları iddia olunan iqtisadi cinayətlərə görə Mərkəzi Bankın xarici valyuta mübadiləsi üzrə vise-prezidentini həbs edib.
İndi isə əmək nazirinin postundan kənarlaşdırılması hökumət üçün daha bir zərbə sayıla bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?