İndoneziya xilasediciləri 6.9 bal gücündə baş vermis zəlzələdən sonra Lombok adasındakı məsciddə axtarışlarını davam etdirirlər.
gundemxeber.az bildirir ki, axtarışlar insanları panikaya salan 6.2 bal gücündə ikinci zəlzələ dalğasından sonra başlayıb.
“Biz çox məyusuq ki, hər kəsin dua etdiyi bir məkan yerlə-yeksan olub. Bir neçə qurban var. Biz indi burada dua etmək istəyənlər üçün çadır yerləşdiririk. Ümid edirik ki, hər kəs yenidən burada dua edə biləcək.”- deyə kənd sakini bildirib.
Daha çox insanın xilas edilməsinə olan ümidin azaldığı bir vaxt zəlzələdə ölənlərin rəsmi sayı 259 nəfərə çatıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?