ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin demokrat üzvləri dövlət katibi Mayk Pompeoya müraciət edərək, Donald Tramp və Vladimir Putin arasında Helsinkidə keçirilən zirvə toplantısında iştirak edən tərcüməçinin qeydlərini təqdim etməyini istəyiblər.
Senatorlar iyul sammiti zamanı Tramp və Putinin tərcüməçilərlə bərabər bağlı qapılar arxasında keçirilən görüşlə bağlı qeydlərin təqdim edilməsini istəyirlər. Ağ Ev həmin görüş zamanı danışılanlar haqqında heç bir məlumat verməyib. Hətta Trampın milli təhlükəsizlik direktoru Dan Kots həmin otaqda nə baş verdiyi barədə məlumatsız olduğunu deyib.
Tramp 16 iyul tarixində Helsinkidə keçirilən zirvə toplantısındakı hərəkətlərinə görə həm respublikaçıların, həm də demokratların liderləri tərəfindən sərt tənqidlərə məruz qalıb. Görüşdən sonra iki liderin də iştirak etdiyi mətbuat konfransında Tramp, Rusiya lideri haqqında müsbət danışıb və ölkə kəşfiyyatının Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsini sübut edən faktları inkar edib.
Trampın bəyanatları demokratların bağlı qapılar arxasında keçirlən görüşdə iştirak edən amerikalı tərcüməçinin ifadə verməsi ilə bağlı müraciətlərinə səbəb olub. Respublikaçılar daha öncə ABŞ Nümayəndələr Palatasındakı demokratların eyni müraciətinin qarşısını ala bilər.
Dövlət Departamentinin sözçüsü Hezer Nauert 18 iyul tarixində bildirib ki, tərcüməçinin ifadə verməsinə səbəb ola biləcək heç bir presedent yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?