Ermənistanda fikir ayrılığı danışıqlar və dialoq yolu ilə həll edilməlidir.
Bu barədə bəyanatı Ermənistan Prezidenti Armen Sərkisyan yayıb. Sərkisyan yaydığı bəyanatda spiker və baş nazirin görüşünü alqışladığını bildirib. O, yaxın zamanlarda bu görüşün müsbət nəticələrini görəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan parlamentinin spikeri Ara Babloyanla gözlənilmədən görüşüb. Tərəflər arasında bundan öncə sərt mübahisə yaşanıb. Paşinyan görüş zamanı parlamentin haqlarının azaldılmasının vacibliyini bildirib. Babloyan isə cavabında onu deputatlara təzyiqdə ittiham edib./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?