Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan və parlamentin sabiq deputatı Mqer Sedrakyan vəzifə səlahiyyətlərindən sui-istifadədə və maliyyə maxinasiyalarında ittiham olunublar.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Qeyd olunur ki, universal kredit təşkilatının direktoru 2012-2016-cı illərdə həmin təşkilatın keçmiş icraçı direktoru tərəfindən müxtəlif şirkət və təşkilatlara Ermənistan qanunvericiliyinin müddəalarını pozaraq küllü miqdarda qanunsuz kreditlər verdiyini bildirib. Nəticədə şikayət əsasında Arabkir polis idarəsində cinayət işi açılıb, icraçı direktor istintaqa cəlb olunaraq onun ölkədən çıxışına qadağa qoyulub.
İstintaq zamanı aydın olub ki, o, dövlət orqanlarının möhür vəş ştampları, rəsmi blankları və dövlət nəqliyyat vasitələrinin nömrələrindən qanunsuz istifadə əsasında saxta sənədlər hazırlayaraq investisiya adı ilə küllü miqdarda kommersiya vəsaiti ələ keçirib və müxtəlif şirkətlərə istiqamətləndirib. Qanunsuz fəaliyyətində ona kömək edənlərin üzə çıxarılması üçün aparılan əməliyyatlarda bu cinayətdə Ermənistanın keçmiş yüksək vəzifəli məmurlarının da əli olduğu aşkarlanıb.
Onların sırasında Ermənistanın sabiq nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan da var. O, məxfi bank məlumatlarının əldə edilməsində ittiham olunub. Həmçinin, keçmiş deputat Mqer Sedrakyan da açılan cinayət işi çərçivəsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
Sorğu
Yeni dizaynımız necədir?