Donald Tramp özünün prezidentliyi dövründə Fələstinlə bağlı planlarından birini həyata keçirəcək.
Bunu AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, Yaxın Şərq üzrə mütəxəssis Samid Bağırov deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Fələstin məsələsini birdəfəlik həll etmək üçün “Əsrin sazişi” planını ərəblərə sırımaq istəyib:
“İndi isə Tramp B planına keçib. Yəqin ki, o, öz dövründə bu planlardan birini həyata keçirəcək. A planında ərazi mübadiləsi ilə fələstinlilərə Əbu-Dis adlı kiçik paytaxt və məhdud səlahiyyətli silahsız dövlət vəd edilirdisə, B planında, yəni “Fələstin-İordaniya Konfederativ dövləti” planında, Qüds istisna olmaqla İordan çayının qərbinin İordaniyanın, Qəzzanın isə Misirin nəzarətinə verilməsi yer alıb.
Hələlik ərəblər bunu da qəbul eləmir. Onlar müqavimət göstərsələr, Tramp nəzərindəki C, D və sair planları da yoxlayacaq”./Teleqaf.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?