Sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant” nəşrinə müsahibəsində görüşlə bağlı danışıb.
Paşinyan görüşün uğurlu keçdiyini bildirib və iki ölkə arasında heç bir problemin olmadığını iddia edib.
Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb və danışıqların dayanmasına görə Azərbaycanı ittiham edib.
Paşinyan Qarabağ ətrafındakı 7 rayonun qaytarılması ilə bağlı suala cavabında deyib: “Qarabağın (qondarma DQR rejimi - red.) “konstitusiyası var və konstitusiyaya görə, bu rayonlar Qarabağa məxsusdur”.
Paşinyan həmçinin, Qarabağın da danışıqlarda iştirak etməsini yenidən gündəmə gətirib və beləliklə, Azərbaycana münaqişənin hərbi yolla həllindən başqa çıxış yolun qoymayıb.
Sorğu
Yeni dizaynımız necədir?