Müharibədə anasını itirdikdən sonra 10 yaşlı Hikmətullah sülh hərəkatına qoşulmaq qərarına gəlib. Bu hərəkatın üzvləri sülh və zorakılığa son qoymaq şüarları ilə iyun ayından bəri Əfqanıstanın müxtəlif regionlarında yüzlərlə kilometr yol qət ediblər.
Məktəbə qayıtmaq üçün sülh istəyirəm. “Minamyot mərmisi bizim evi vurdu və anamı öldürdü. Mən başqa üşaqların analarının ölməyini istəmirəm. Buna görə də sülh nümayişçilərinə qoşulmağa qərar verdim “ Hikmətullah Amerikanın Səsinə bildirib.
Bir çox başqa əfqan kimi bir adı olan Hikmətullah özü və yaşıdlarının məktəbə qayıda bilməsi üçün Əfqanıstandakı münaqişə tərəflərini sülhə çağırır.
“Məktəbə qayıtmaq üçün sülh istəyirəm” , o deyir.
Hikmətullah və onun atası Əfqanıstanın cənub-qərbindəki Qəzni vilayətində Helmənd sülh yürüşünə qatılıblar.
Sülh mesajı
Kabilə çatdıqdan sonra atası evə Qəzniyə dönsə də, Hikmətullah hərəkat iştrakçılarının Əfqanıstanın şimalına tərəf yürüşünə qatılıb.
Sülh yürüşçüləri cümə günü piyada ayaqyalın 32 günə 650 kilometr yol qət edərək ölkənin şimalında yerləşən Bəlx vilayətinin paytaxtı Məzar-i-Şərif şəhərinə çatıblar.
“Bizim mesajımız sülh mesajıdır” - avqust ayının 10-da Kabili tərk edib Balx vilayətinə üz tutan nümayiş üzvlərinin plakatlarında yazılıb.
Hərəkat üzvlərindən birinin Bəlx vilayətinə gəldikdən sonra jurnalistlərə dediyinə görə, səyahət çətin və sərt, amma ümid dolu olub.
Hikmətullahın qoşulduğu sülh hərəkatı ölkənin cənubundakı Helmənd əyalətində baş vermiş terror hücumundan sonra ərsəyə gəlib. 14 adamın həyatını itirdiyi və onlarla insanın yaralandığı Ləşkargah əyalətinin paytaxtındakı idman stadionu yaxınlığındakı terror hücumundan sonra insanlar oturaq aksiya şəklində etirazlara başlayıblar.
Hücum güləş oyunu zamanı baş vermişdi. Əvvəlcə, dinc sakinləri öldürən müntəzəm terror hücumu kimi qəbul edilən hücum Helmand vilayətinin sakinlərinin addım atmadığı təqdirdə belə də qalacaqdı. Oturaq aksiyadan sonra bir qrup insan Helmənddən paytaxt Kabilə qədər sülh naminə yürüş keçirməyə qərar verdilər. Onlar indiyədək müharibəyə və zorakılığa qarşı etirazlarını bildirmək üçün müxtəlif əyalətləri keçərək 800 kilometr yolu qət ediblər.
Sülh naminə yürüş edən it – Sarana
Sülh naminə fəallardan ən cavanı Kabildən Bəlxə gedən yolda tapılan dördayaqlı dost Saranadır.
Küçə iti fəallara avqustun 10-da Kabildən Bəlx vilayətinə yola düşərkən qoşulub.
“Əvvəlcə biz fikirləşdik ki, it bizi təqib etməz, lakin o, bizimlə gəldi. Qrupda olan hamiya nəzarət etdiyi üçün biz onu Sarana, yəni müşahidəçi adlandırdıq,” hərəkatın nümayəndəsi olan Malik Həmdard Amerikanın Səsinə deyir.
“Sarana bizim aramızda tanımadığı adam görsə hürür” - deyə, Həmdard əlavə edib.
Tələbələr
Hərəkat atəşkəsi və Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının başlanmasını tələb edir.
“İstədiyimiz tək bir şey-sülhdür. Bizim Əfqanıstanda sülhə ehtiyacımız var və biz öz tələblərimizə dəstək gözləyirik,” hərəkatın baş nümayəndəsi olan Musa Azad Amerikanın Səsinə bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?