Bir qrup anarxist İranın Afinadakı səfirliyinə hücum edərək, Tehranın kürd əhaliylə davranışına etiraz nümayiş etdirib.
Polisin məlumatına görə, sentyabrın 17-də səhər tezdən 10 nəfərədək əlində dəmir linglər tutmuş adam səfirliyin şüşələrini qırıb, həyətinə qırmızı boya atıb.
İnsident zamanı xəsarət alan olmayıb.
Rubicon adlı anarxist qrup internetdə yerləşdirdiyi bəyanatda iddia edib ki, hücum “İran kürdləri”nə həmrəylik məqsədilə həyata keçirilib.
Bu qrup son illər Yunanıstanda bir neçə oxşar hücum gerçəkləşdirib.
Bir neçə gün öncə Parisdəki İran səfirliyinə də hücum olmuşdu, səfirlik binasına əşyalar atılmış, pəncərələri sındırılmışdı.
İranda kürdlər əsasən ölkənin qərbində və şimal-qərbində yaşayır. İnsan haqları qrupları onları ayrı-seçkiliyə məruz qaldığını bildirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?