ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı Rusiya istintaqının ilk günlərinə aid bəzi sənədlərin gizliliyinin aradan qaldırılması təlimatı verib.
Ağ Evin sözçüsü Sara Hakkabi Sanders, verdiyi yazılı açıqlamada bildirib ki, Tramp "Konqres komitələrinin tələbi və şəffaflıq əsasları” ilə bağlı Ədliyyə Nazirliyinə Rusiya istintaqının ilk günlərinə aid bəzi sənədlərin gizliliyinin götürülməsi ilə bağlı təlimat verib.
gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Trampın qərarı ilə məxfiliyi aradan qaldırılacaq sənədlər arasında keçmiş FTB direktoru Ceyms Komİ, FTB direktorunun sabiq köməkçisi Endryu Makkabi, FTB-nin sabiq agenti Peter Strzok, FTB-nin sabiq vəkili Lisa Peyc və Ədliyyə Nazirliyinin sabiq işçisi Brus Ohrun cib telefonu mesajları ilə Trampın keçmiş xarici siyasət məsləhətçisi Karter Peyc haqqında gizli izləmə səlahiyyəti üçün müraciətinin bir hissəsi yer alır.
ABŞ prezidentinin bu qeyri-adi addımı, FTB və Ədiyyə Nazirliyindəki Tramp əleyhdarlarının Rusiya istintaqına ləkə vurduğuna inanan konqresmen müttəfiqlərinin çağırışlarına cavab xarakteri daşıyır.
ABŞ prezidenti Donal Tramp xüsusi səlahiyyətli müstəntiq Robert Müllerin həyata keçirdiyi Rusiya istintaqını “əcinnə ovuna” bənzədərək, “bu, ölkə üçün tamamən haqsız və pis bir hal olması ilə yanaşı, hüquqa da ziddir” şərhini vermişdi.
Rusiyanın kiber hücum yolu ilə ABŞ prezident seçkilərinə müdaxilə etdiyi iddiası ilə başlanan və xüsusi səlahiyyətli prokruror Müllerin nəzarəti altında aparılan istintaqda xüsusən ABŞ prezidenti Trampın seçki kampaniyasında vəzifə tutan bəzi şəxslərin ruslarla münasibəti əsas müzakirə mövzusu olmuşdu.
İstintaqda bu günə qədər Ağ Evin keçmiş Beynəlxalq Təhlükəsizlik məsləhətçisi Maykl Flayn, Trampın keçmiş kampaniya meneceri Pol Manafort və yardımçısı Rik Geyts ilə kampaniya dönəmindəki xarici siyasət məsləhətçilərindən Corc Papadopulos, prokuror Müller tərəfindən ittiham edilmişdi.
Flayn və Papadopulos barələrindəki ittihamları qəbul etdikləri halda, Manafortla Geyts ittihamları rədd etmişdi. Amma daha sonrakı müddətdə Geyts haqqındakı ittihamları qəbul edib, Manafort isə iki suçla bağlı prokurorla iş birliyinə getməyə razılaşmışdı.
ABŞ-da davam edən Rusiya istintaqı çərçivəsində xüsusi səlahiyyətli prokuror Robert Müller tərəfindən suçlanan, ardınca isə “çirkli pul yumaq və vergi qaçırmağ”a görə ittiham edilən Pol Manafort ev həbsi cəzası almışdı. Donald Tramp özü və ya seçki kampaniyası heyəti ilə Rusiya arasındakı hər hansı bir gizli iş birliyi ola biləcəyi iddialarını rədd etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?