“ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır”. gundemxeber.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib. O, Ermənistanın müstəqillik günü ilə bağlı müraciətində bu ölkədə baş verən son dəyişikliklərə də toxunub: “Demokratik institutların möhkəmlənməsi, korrusiyaya qarşı mübarizə və iqtisadiyyatın artımının tənzimlənməsində Ermənistan xalqı və hökuməti ilə birgə fəaliyyət göstərəcəyimizi səbirsizlikə gözləyirik”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?