GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Putinin səfərində bəyan olunmamış mövzular böyük əhəmiyyət kəsb edir”

“Putinin səfərində bəyan olunmamış mövzular böyük əhəmiyyət kəsb edir”

Tarix: 28-09-2018, 19:35 Bölmə :Dünya Baxış: 459
“Putinin səfərində bəyan olunmamış mövzular böyük əhəmiyyət kəsb edir”


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun müsahibəsi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Rusiya prezidentinin Azərbaycana səfərinin yekunları və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesindən danışıb.

Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana qısamüddətli səfərinin məqsədi nə idi? Səfər zamanı hansı məsələlərə toxunulub?

Azərbaycan-Rusiya əlaqələri güclənir, yəni, yüksələn xətlə inkişaf edir. Ermənistan-Rusiya əlaqələri zəifləyir.
​Tofiq Zülfüqarov: İlk öncə qeyd etmək lazımdır ki, Rusiya prezidentinin səfərinin vaxtı dəyişdirilib. Ola bilər ki, səhvdir, mən eşitmişəm ki, rəsmi səfər olmalı idi, amma işgüzar səfər oldu. Yəni, qısaldılmış bir versiya. Belə fikirlər var ki, səfər zamanı Soçi danışıqlarının davamı olub, fikir mübadiləsi olub. Bu fikir mübadiləsi nəyə görəsə lazım idi və bu, baş verib. O ki, qaldı Azərbaycan-Rusiya əlaqələrinə, belə bir məşhur ifadə var, deyir, bu, geopolitikadan böyük bir şeydir, bu, coğrafiyadır. Yəni, bizim çoğrafi qonşumuz var, kiminsə Rusiyadan xoşu gələ bilər, kiminsə xoşu gəlməyə bilər, amma biz reallığı qəbul etməliyik. Qonşumuzla əlaqələri iki əsas tezis üzərində qurmalıyıq. Birinci tezis ondan ibarətdir ki, biz öz maraqlarımızı müdafiə etməliyik. İkinci tezis isə ondan ibarətdir ki, qarşı tərəfin maraqlarını nəzərə almalıyıq. Təxminən bu səpkidə söhbət gedib. Hesab edirəm ki, bəyan olunmamış mövzular daha böyük əhəmiyyət kəsb edir. Yəni, ümumi şəkildə desək, iki tendensiyanı nəzərə almalıyıq. Birinci tendensiya ondan ibarətdir ki, Azərbaycan-Rusiya əlaqələri güclənir, yəni, yüksələn xətlə inkişaf edir. Ermənistan-Rusiya əlaqələri zəifləyir.

Amerikanın Səsi: Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu regionda iqtisadi inkişafa və təhlükəsizliyə hansı təsirləri göstərə bilər?

Tofiq Zülfüqarov: İqtisadi cəhətdən təsirlər artıq mövcuddur. Yəni, fikir versəniz, axırıncı səfərdə regionlararası əməkdaşlığa daha böyük önəm verilib. Bu da bazar iqtisadiyyatı şəraitində ən effektiv üslublardan biridir. Yəni, regionlarda tərəfdaşları axtarıb, onlarla iş görmək. Kənd təsərrüfatını götürsək, burada əməkdaşlıq mövcuddur. Azərbaycanın investisiyaları Rusiyanın regionlarına gedir.

O biri tərəfdən böyük sahələri götürsək, tranziti nəzərə almalıyıq. Bu da perspektiv bir sahədir, xüsusilə Şimal-Cənub dəhlizi. Hərbi əməkdaşlıq, hərbi texnikanın alınması və başqa sahələrdə əməkdaşlıq mövcuddur. Bir də qeyd etmək lazımdır ki, Vladimir Putin səfəri zamanı humanitar sahəyə də toxunub. Azərbaycanda rus dilinə münasibət və onun istifadəsi barədə öz fikrilərini söyləyib. Əsas mövzulardan biri də təhlükəsizlik məsələləri idi. Bu məsələ birbaşa Suriyada və Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Biz bilirik ki, xüsusilə Suriyada olan İŞİD-in tərəfdarlarının böyük bir qismi postsovet məkanından gedib. İndi müharibənin axırıncı fazasında bu insanların Suriyadan qaçıb hara gedəcəkləri təhlükəsi var. Burada təhlükəsizlik əməkdaşlığı çox vacibdir. Bu, həm Rusiyanı, həm Azərbaycanı, həm də digər ölkələri narahat edir. Burada əməkdaşlıq Rusiyadan başqa region ölkələri üçün də vacibdir. Bu məsələdə həm İran, həm də Türkiyə maraqlıdır. Hesab edirəm ki, bu məsələlərlə bağlı da fikir mübadiləsi olub. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinə aid də fikir mübadiləsi olub.

Amerikanın Səsi: Rusiya-Azərbaycan münasibətlərinin artan tempi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə necə təsir edə bilər?

Hesab edirəm ki, hər bir görüşdə bu məsələlər müzakirə olunur və indiki Rusiya-Ermənistan əlaqələri bizə imkan verir ki, bu məsələyə optimist nöqteyi-nəzərdən baxa bilək.
​Tofiq Zülfüqarov: Çoxsaylı müşahidəçilər qeydlər edir ki, Qarabağ məsələsinin açarı Rusiyadadır. Mən bu ifadəni qısa təhlil etmək istəyirəm. Biz başa düşürük ki, danışıqlar prosesi donub, artıq yoxdur. Hamı bunu başa düşür. Amma Ermənistanın mövqeyi daha çox radikallaşır və daha da sərtləşir. Onların anneksiya, torpaq iddiaları daha da sərtləşir. Bunun mənbəyi təkcə heç də Ermənistanın qeyri-konstruktiv mövqeyindən ibarət deyil. Çünki onların potensialı Rusiyadan verilən hərbi təhlükəsizlik qarantiyasıdır. Əgər bu qarantiyalar aradan götürülsə, ya da Rusiyanın mövqeyi dəyişsə, deməli, bu, birbaşa məsələnin həllinə öz təsirini göstərəcək. Hesab edirəm ki, hər bir görüşdə bu məsələlər müzakirə olunur və indiki Rusiya-Ermənistan əlaqələri bizə imkan verir ki, bu məsələyə optimist nöqteyi-nəzərdən baxa bilək.

Amerikanın Səsi: Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarının yekunları barədə nə fikirləşirsiniz? Münaqişənin nizamlanma perspektivləri görünürmü?

Acınacaqlı vəziyyət odur ki, artıq Azərbaycan ictimaiyyətinin Minsk Qrupunun fəaliyyətinə narazılığını yumor münasibəti tutub.
​Tofiq Zülfüqarov: Doğrusu, münaqişənin mövzusunu təsəvvür edə bilmirəm. Çünki həmin şəhərdə BMT-nin Baş Qərargahında Ermənistanın baş naziri çıxış edərkən elə bəyanatlar verib ki, bu bəyanatdan sonra danışıqlar üçün mövzu qalmır. Faktiki olaraq tələb olunur ki, biz onların tələblərinin hamısını qəbul edək və kapitulyasiyaya gedək, torpaqları verək. Bu atmosferdə, əhval-ruhiyyədə xarici işlər nazirlərinin görüşü hesab edirəm ki, proforma (formal) bir tədbirdir. Ondan ciddi bir nəticə gözləmək olmaz. Acınacaqlı vəziyyət odur ki, artıq Azərbaycan ictimaiyyətinin Minsk Qrupunun fəaliyyətinə narazılığını yumor münasibəti tutub. Yəni, onları və onların təşəbbüslərini ictimaiyyət ciddi qəbul etmir. Bu, özünü sosial şəbəkələrdəki statuslarda və şərhlərdə açıq göstərir. Bu, çox acınacaqlı bir vəziyyətdir. Çünki hamımız başa düşürük ki, danışıqlara ümidlər yoxdursa, deməli, müharibə qaçılmaz olur. Bəlkə də bu, bizim ədaləti bərpa etməyimiz üçün yeganə bir üslubdur. Amma başa düşməliyik ki, bu, itkilərlə müşahidə olunacaq. Bu fonda Minsk Qrupunun fəaliyyətsizliyi təəssüf ki, çox acınacaqlı bir mənzərə yaradır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin Azərbaycan səfərinin vaxtı açıqlandı

    Putinin Azərbaycan səfərinin vaxtı açıqlandı ...

    10-09-2018, 16:22

  • 
  • Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil

    Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv ...

    16-08-2018, 16:27

  • 
  • Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək

    Vladimir Putin sentyabrın sonlarında Azərbaycana ...

    7-09-2018, 15:41

  • 
  • Putin Ermənistana səfər edəcək

    Putin Ermənistana səfər edəcək ...

    13-09-2018, 11:47

  • 
  • Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru İlham Əliyevlə danışıqlarda - TƏCİLİ

    Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ...

    24-04-2018, 11:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (273)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu