Onların bir çoxu kriminal oliqarxiyaya, habelə Serj Sərkisyan və Robert Köçəryana yaxınlığı ilə bilinən şəxslərdir
Xəbər verildiyi kimi, Ermənistanın yeni hökuməti bir sıra keçmiş məmurları diplomatik pasportlardan mərhum edib.
“Qraparak” qəzeti isə həmin şəxslərin siyahısını dərc edib. Siyahıda ümumiyyətlə dövlət strukturları ilə heç bir rəsmi bağlılığı olmayan şəxslərin çoxluğu hər kəsi təəccübləndirib.
Ermənilər ölkə üçün olduqca vacib sayılan belə bir vacib institutun dəyərinin Robert Köçəryan və Serj Sərkisyan tərəfindən heçə endirildiyini yazırlar.
“Qraparak”ın siyahısında 254 ada rast gəlinir. “Bunlara göz yetirdikdə 20 il ərzində kriminal əxlaqa sahib olan insanlar tərəfindən idarə edildiyimizə təəccüb etməməliyik”, - analitik Sərkis Artsruni yazır.
Diplomatik immunitetdən məhrum olunanlar arasında daşnaklardan Hrant Markaryan, Zori Balayan, bütün keçmiş deputat və qubernatorlar var. Bundan başqa, burada “Serjin Vaçosu” kimi tanınan Vaçaqan Kazaryan (keçmiş Dövlət Mühafizə Xidməti rəisinin müavini), Serj Sərkisyanın sevimli qubernatorlarından “Listka” ləqəbli Surik Xaçaturyan, keçmiş nəqliyyat naziri “Qara Qaqo” ləqəbli Qagik Beglaryan, Serj Sərkisyanın qardaşı Saşik Sərkisyan, Ermənistanın Havar şəhərinin keçmiş deputatı Tiqran Arzakantsyan, kriminal deputat, “Şmays” ləqəbli Arakel Movsisyan, İrəvanın keçmiş meri, Dövlət Əmlak Komitəsinin keçmiş sədri Ervand Zəkəryan kimi isimlər də var.
Həmçinin Ermənistanın bütün keçmiş baş nazirləri, nazirlərinin də diplomatik toxunulmazlıqları əllərindən alınıb. Ermənistan parlamentinin ikinci böyük fraskiyası sayılan “Sarukyan” blokunun lideri Qagik Sarukyanın arvadı Cavahir Sarukyan, Tibb Universitetinin rektoru Armen Muradyan, Elmlər Akademiyasının prezidenti Radik Martirosyan, şahmatçı Smbat Lputyan və rusiyalı oliqarx, “Taşir qrup” holdinqinin rəhbəri Samvel Karapetyan da bunda sonra qırmızı pasportla gələ bilməyəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?