İndoneziyanın Mərkəzi Sulavesi əyalətindəki zəlzələdən sonra 100-dən çox məhkum həbsxanadan qaçıb.
gundemxeber.az reyting.az-a istinadla xəbər verir ki, sentyabrın 28-də axşam Palu şəhər həbsxanasındakı məhbuslar cəzaçəkmə müəssisəsinin rəhbərliyindən yeraltı təkanlar görə buraxılmalarını tələb ediblər. İmtinadan sonra 340-dan çox məhkum üsyan qaldırıb və müəssisəni yandırıblar. Polis vəziyyəti qismən nəzarət altına alsa da, lakin 100-dən çox məhbus qaça bilib.
Müəssisəsinin nümayəndəsinin sözlərinə görə, həbsxana binası qismən dağılıb. Hazırda mühafizəçilər çətinliklə məhbusları saxlaya bilir.
Xatırladaq ki, sentyabrın 28-də Sulavesidə 7,7 bal gücündə zəlzələ, ardınca sunami baş verib.
Son məlumata görə, təbii fəlakət nəticəsində 832 nəfər həlak olub. İndoneziyanın vitse-prezidenti Yusuf Kalla zəlzələ və sunami qurbanlarının sayını minə qədər artacağını açıqlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?