ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp beynəlxalq səfərə çıxır.
Afrika səfərində Qana, Malavi, Keniya və Misiri ziyarət edəcək olan Melaniya bu dəfə tək, Donaldsız yola çıxacaq. Bu barədə Melaniyanın mətbuat katibi Stefani Qrişam məlumat verib:
“Melaniya səfər etdiyi ölkələrin problemlərinin həll yollarını axtaracaq. O, bu ölkələrin problemlərini öyrənmək istəyir və ABŞ-ın bu problemlərin həll yollarını tapacağına inanır”. Qeyd edək ki, Donald Tramp yanvar ayında Ağ Evdə çıxışı zamanı ABŞ-a miqrant kimi gələn insanlarla bağlı danışmışdı və Afrika ölkələrini nəzərdə tutaraq təhqiredici ifadələrdən istifadə etmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?