Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin bu ilin sonuna kimi görüşə bilər.
Bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, Moskva-Ankara arasında ikitərəfli əlaqələr olduqca intensiv xarakter daşıyır:
“Gələcək planlarımız var. Pərdəarxası məqamları açıqlaya bilərəm. Suriya ilə bağlı dördtərəfli sammit gözlənilir. Burada Rusiya, Türkiyə, Fransa və Almaniya iştirak edə bilər”.
Qeyd edək ki, sonuncu dəfə Putinlə Ərdoğan Soçidə sentyabrın 17-də görüşüb./axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?