Hondurasın şimal San Pedro Sula bölgəsindən miqrant axını artmağa başlayıb. Bazar günü gecə miqrant karvanı Qvatemala ilə sərhədə çatıb. Bəziləri piyada, bəziləri siə maşınlarla keçib.
Yürüşün təşkilatçısı Bartolo Fuentesin dediyinə görə, bu insanlar yoxsulluq və zorakılıq səbəbi ilə evlərini tərk edir. O, insanların öldüyünü, aclıq çəkdiyini deyib. Fuentes Meksika hökumətinə müraciət edərək, miqrantları normal həyatla təmin etməsini istəyib.
Karvana ilk öncə 1000 adamın qatılacağı gözlənilirdi. Lakin bu göstərici 1700 nəfər təşkil edib.
San Pedro Sula dünyada qətl baxımından ön sıralarda yer alır. Honduras əhalisinin 64 faizi yoxsulluq içərisində yaşayır.
ABŞ-ın vitse-prezidenti Mayk Pens Honduras, Salvador və Qvatemalanı kütləvi miqrant axınının dayandırılmasına çağırıb.
ABŞ prezidenti Donald Tramp karvan keçidinə imkan verən ölkələrin yardımının dayandırılacağı ilə hədələyib.
Miqrantların bəziləri Meksikada qaçqın statusu alıb. Digərləri isə ABŞ-a daxil olmaq üçün viza gözləyir. Onların bəzilərinin vizasız, qeyri-qanuni şəkildə Amerika sərhədlərini keçməyə cəhd edəcəyi təxmin edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?