Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Münbiçdə terror təşkilatı PKK-ya qarşı hazırlıqlarına davam edir. Əməliyyat hazırlıqlarından bəhs edən ASO Münbiç Hərbi Şurasının sədri Adnan Əbu Faysal, "Ankara təlimat versin, PKK-nı 20 gündə Münbiçdən silərik" - deyib. Əbu Faysal, prezident Rəcəb Tayyib Ərdoğanın sözünü xatırladaraq, "PKK-nı öz qazdığı xəndəklərə basdırmaq üçün hamımız and içdik. Münbiç bu alçaq qrupdan təmizlənəcək və yenə əsil sahiblərinə qayıdacaq" deyə söyləyib.
PKK şəhəri partladacaq
Əbu Faysal, İŞİD-ın 2014-ci ildə Münbiçdə şəhərin ətrafına qazdığı xəndəkləri PKK-nın təmizlənərək yenidən istifadə etdiyini söyləyib. Əbu Faysal, terror təşkilatının Münbiç rayon mərkəzini əhatə edən xətt boyunca yeraltı tunelləri qazdığını, TSQ-ASO hərəkatı başladığı təqdirdə şəhəri partladaraq böyük bir qətliama imza atacağını ifadə edib.
ABŞ təhlükəli bir oyun oynayır
Atalarının əsrlərdir Münbiçdə yaşadığını qeyd edən Əbu Faysal, "ABŞ burada təhlükəli bir oyun oynayır, xarici terrorçularla işğal edilmiş torpaqlarımızdan heç bir şəkildə imtina etməyəcəyik" deyib. Vaşinqtonun fəaliyyətinin yalnız hərbi işlərdən ibarət olmadığını vurğulayan Əbu Faysal, "ABŞ, Münbiçdə təlim, siyasət, iqtisadiyyat və təhsil məsələlərində PKK-ya alt sistemlər yaradır" deyə bildirib.
Yeni bir lövhə oyunu
Münbiç Bələdiyyə Məclisinin keçmiş sədri Munzir əl Sellel də ABŞ rəsmilərinin Münbiçdəki PKK-lı terrorçulara "Türkiyənin başı qatırıq, qorxulu bir vəziyyət yoxdur" dediyini xatırladıb. Əl Sellel, ABŞ-ın müxalif şəxslərlə müxtəlif yollarla danışıqlar apardığını və PKK-nın sözdə federativ dövlətini qəbul etmələri üçün onları inandırmağa çalışdığını bildirib. Əl Sellel, ABŞ-ın təlqini ilə PKK-nın yeni bir lövhə oyununa daxil olacağı məlumatını verib.
PKK-dan ABŞ-a yalanlama
Digər tərəfdən, “Yeni Şəfəq” qəzetinin "ASO 7 nöqtədən hücum hazırlığında" xəbərinin dərc olunmasından sonra bir video paylaşan PKK, "Bizi heç bir qüvvə Münbiçdən çıxara bilməz” mesajı verib. Əbu Arab və Hayya Hardan adlı terrorçular, Ərdoğan və TSQ əleyhinə böhtan və təhqiredici ifadələr işlədiblər. Müxalifət.az
Sorğu
Yeni dizaynımız necədir?