ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə hazırlaşır.
Gundemxeber.az xəbər verir ki, Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində də namizədliyini irəli sürəcəyini bildirib. O, “The Associated Press” nəşrinə müsahibəsində deyib: “Hər zaman görüləsi işlər var. Bizim yeni şüarımız “Amerikanın böyüklüyünü qoruyaq”dır. Dövlət başçısı bildirib ki, “düzgün olmayan insan”ın onun uğurlarını dağıtmasını istəmir: “Mən öz işimin öhdəsindən əla gəlirəm”. Tramp sabiq vitse-prezident Cozef Baydeni özünə rəqib görür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?